Avtomobil 59 yaşlı qadını vuraraq öldürüb

Avtomobil 59 yaşlı qadını vuraraq öldürüb

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini Əliyəddin Həmzə oğlu Zeynalov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1963-cü il təvəllüdlü Telli Hacıbala qızı Eyvazovanı vurub. Nəticədə 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən ölüb.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə