Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Xəlilov Xəlil Atakişi oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB