Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Talış kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü E.Qarayev mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB