Avtomobil 20 yaşlı gənc oğlanı vuraraq öldürüb

Avtomobil 20 yaşlı gənc oğlanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Cafayev Fuad Əhməd oğlunu vurub.

Gənc oğlan aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə