Ufada mərkəzi bazar yanır

Ufada şəhərlilərin kolxoz bazarı adlandırdıqları “Merkuri” ticarət mərkəzi yanır.

SİA-nın “Proofy.ru” saytına istinadən verdiyi məlumata görə, yarım saat ərzində binanın bütün mərtəbələri alovlanıb.

Yanğın zamanı binanın dam örtüyü uçub. Ticarət mərkəzinin məlumatlarına əsasən, bazarı gündə təxminən 50 mindən artıq adam ziyarət edir.

Qeyd edək ki, yanğın zamanı bina bağlı olmalıymış. Onu da qeyd edək ki, ticarət mərkəzi rəsmi olaraq saat 22:00-a qədər işləyirdi.

Hadisə şahidlərinin sözlərinə görə, binanın yaxınlığında yanğınsöndürmə briqadaları işləyir, həmçinin həkimlər növbətçilik edirlər.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə