Avtomobil gənc oğlanı vuraraq öldürüb

Avtomobil gənc oğlanı vuraraq öldürüb

Bakıda avtomobil təxminən 23-25 yaşlı gənc oğlanı (şəxsiyyəti dəqiqləşdiriir-red) vuraraq öldürüb. SİA-nın xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb. Babək prospektində “Honda” markalı, 99-TR-850 dövlət seriya nişanlı avtomobil yolu keçən piyadanı vuraraq ağır xəsarət yetirib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə