Goranboyda evakuator qəza törətdi

Goranboy rayonunda nasaz avtomobili daşıyan evakuator qəza törədib, daşıdığı avtomobil yük yerindən kənara aşaraq yararsız hala düşüb. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Üzərində "Mercedes" markalı avtomobil daşıyan evakuator "VAZ -21099" markalı avtomobillə toqquşub. Nəticədə evakuatorun yük yerində olan avtomobil yolun kənara aşaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə