Gəncədə iki avtomobil toqquşub - ölən və xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub - ölən və xəsarət alan var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, Yeni Gəncə qəsəbəsində 2 avtomobilin toqquşması nəticəsində, 1 nəfər aldığı xəsarətdən dünyasını dəyişib. Daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə