Xətai rayonu, Cavanşir küçəsi 36-38 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Xidmət rəsmisi Vaqif Cavadov SİA-ya bildirib ki, araşdırma zamanı sözügedən ünvanda “Abad Həyət" layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparıldığı və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən 2 aşmış ağacın götürüldüyü, digər ağaclara isə aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB