Abşeron rayonunda 2 yaşlı körpə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. SİA-nın məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Fərəcli Narın Səbuhi qızı yaşadığı mənzilin eyvanından yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB