Qazaxda avtomobil aşıb - sürücü ölüb

Qazaxda avtomobil aşıb - sürücü ölüb

Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1975-ci il təvəllüdlü Aslan Məmmədov ağır xəsarətlər alıb.

O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə