15 yaşlı qız odlu silah atəşindən ölüb - DAŞKƏSƏNDƏ

15 yaşlı qız odlu silah atəşindən ölüb - DAŞKƏSƏNDƏ

Daşkəsəndə bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova Günel Əli qızı yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə