Ödəmə terminalından 8000 manat oğurlanıb

Ödəmə terminalından 8000 manat oğurlanıb

Bakıda ödəmə terminalından 8000 manat oğurlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuşlar – Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə