Xırdalanda partlayış olub - SON DƏQİQƏ MƏLUMAT - FOTO

Xırdalanda partlayış olub - SON DƏQİQƏ MƏLUMAT - FOTO

AAAF Park yaşayış kompleksində partlayış baş verib. SİA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, partlayış Xırdalan şəhərində qeydə alınıb.

AAAF Park Yaşayış Kompleksinə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə baş verib. Daha sonra partlayışla müşahidə edilən yanğın qeydə alınıb.

Yanğının qarşısı alınıb. Kompleksə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda yaşayış binalarında elektrik təchizatının bərpası istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə