Sürücülük hüququ olmadan avtomobili idarə etdi və olanlar oldu - BAKIDA DƏHŞƏTLİ QƏZA
Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə axşam saatlarında rayonun Korgöz qəsəbəsi ərazisindən keçən Korgöz-Qızıldaş avtomobil yolunda qeydə alınıb.
Sürücülük hüququ olmayan paytaxt sakini, 1993-cü il təvəllüdlü Nizami Rəhimli “VAZ-21099” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Sadıxova Könül Samir qızını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qəza törətməkdə şübhəli bilinən Nizami Rəhimli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB