Kartof sahəsində meyit tapıldı

Şəmkir sakini Ağstafada ölüb. SİA-nın xəbərinə görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1974-cü il təvəllüdlü Bağırov İlqar Faiq oğlu Ağstafada kartof sahəsində işləyən zaman vəfat edib. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə