Türkiyədə yol qəzasında 7 nəfər ölüb

Türkiyədə yol qəzasında 7 nəfər ölüb

Türkiyədə ağır yol qəzası olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sivas-Malatya avtomobil yolunun Yeşildere kəndi yaxınlığında baş verib.

Mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Qəzaya uğrayan mikroavtobusda olan sərnişinlər toydan qayıdırmış.

Bölgəyə çox sayda xilasetmə qrupu göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə