Mixail Qorbaçov vəfat edib

Sovet İttifaqının ilk və son prezidenti Mixail Qorbaçov vəfat edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kliniki Xəstəxanadan bildirilib.

Qeyd olunub ki, Qorbaçov 92 yaşında dünyasını dəyişib.

"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə