Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nətiəcədə avtomobil yoldan çıxaraq yol kənarındakı üzüm bağına düşüb.
Qəza zamanı Türkiyə vətəndaşı, 1989-cü il təvəllüdlü Aktepe Leven Metak xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə sürücü sükan arxasında yatıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB