Lənkəranda yanğında ər və arvad xəsarət alıb

Lənkəranda yanğında ər və arvad xəsarət alıb

Lənkəranda fərdi evdə baş verən yağında iki nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, yanğın şəhərin Mirsalayev küçəsində, “Qalayçılar” məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Xalid Xaliq oğlu Əliyevə məxsus bir mərtəbəli, 150 kvadrat metr sahəsi olan evin, 9 kvadrat metri yanıb. Yanğın evin mətbəxində hissəsində baş verib. Dərhal hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından mühafizə hissəsinin əməkdaşları gəlib. Görülən tədbirlər nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

Bununla belə, yanğın zamanı ev sahibi Arif Əliyev yanıq xəsarəti, onun arvadı Məryəm Əliyeva isə özünü pəncərədən həyətə ataraq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların hər ikisi Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yanğının baş vermə səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə