Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Anargül Mamed qızı isə ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB