Xocalıda avtomobil aşıb, ölən var.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 17-i saat 08:00 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə