Mingəçevirdə 1 nəfər özünü kanala atıb

Mingəçevir şəhərində 1 nəfər intihar məqsədilə özünü Yuxarı Qarabağ kanalına atıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində 1 nəfərin intihar məqsədilə özünü Yuxarı Qarabağ kanalına atması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə