Ambulans qəzaya uğrayıb, həkim xəsarət alıb

Bakının Nəsim rayonunda ağır yol qəzası qeydə alınıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Süleyman Rəhimovla Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, dövlət qeydiyyat nişanı olmadan “Khazar” markalı avtomobili idarə edən sürücü işıqforun qırmızı işığında hərəkət edib.

Bu zaman, minik avtomobili kəsişən yolla hərəkət edən ambulansla toqquşub.

Nəticədə təcili tibbi yardım avtomobilində olan həkim xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aprır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...