Dənələrinin diametri 2 santimetr olan dolu düşüb

Goranboya dolu yağıb.

SİA APA-ya istinadən xəbər verir ki, dolu əsasən rayonun mərkəzinə və rayonun bir neçə kəndlərinə yağıb.

Təxminən 10 dəqiqə yağan dolu dənələrinin diametri 20-25 millimetr olub.

Təbiət hadisəsinin hər hansı bir fəsad törədməsi ilə bağlı məlumat yoxdu.

Qeyd edək ki yağan güclü yağışdan sonra bəzi rayonlara sel gəlib.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə