Göyçay sakini Bakıda ürəyindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyyəsindən bıçaqlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə