"Bilgəh" və “Xaçmaz” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir: Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan üç nəfər xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB