Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılsa da orada dünyasını dəyişib.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə