Cəlilabadda biçilmiş taxıl sahələrində yanğın olub

Cəlilabadda biçilmiş taxıl sahələrində yanğın olub

Cəlilabad rayonunda yanğın olub. SİA-nın məlumatına görə, hadisə rayonun Pərdi və Cəngan kəndlərində qeydə alınıb.

Kənd sakinlərinə məxsus 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

Hadisə yerinə rayon yanğından mühafizə hissəsinin əməkdaşları və 2 texnika cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə