Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 0,8 p.m kabel yanıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə