Dənizdə boğulan şəxsi həkimlər həyata qaytarıb

Dənizdə boğulan şəxsi həkimlər həyata qaytarıb

Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb.

1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə