Sumqayıtda dəniz sahilində qadın meyiti tapılıb

Sumqayıtda dəniz sahilində qadın meyiti tapılıb

Sumqayıtda dəniz sahilində meyit tapılıb. SİA-nın yerli bürosunun məlumatına görə, Xəzər dənizinin Sumqayıt sahilində iaşə obyektlərinin birinin yaxınlığında qadın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı onun 1999-cu il təvəllüdlü Abbasova Şölə Ağayar qızı olduğu və dənizdə boğulduğu məlum olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə