Türkiyəli məşhur yazıçı Rasim Özdənörən vəfat edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, o, Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında 82 yaşında dünyasını dəyişib.
Rasim Özdənörən 1940-cı il mayın 20-da Türkiyənin Kahramanmaraş vilayətində anadan olub. O, 30-a yaxın kitabın müəllifidir. “Çarpılmışlar”, “Yaşadığımız günlər”, “Ədəbiyyat və həyat” kimi kitabları müəllifə məşhurluq gətirib.
Müəllifin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda “Adiloğlu” nəşriyyatında nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB