FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlının başının dəmir barmaqlıqlar arasında qalması barədə məlumat daxil olub.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB