Dünən dənizdə batan bacılardan ikincisinin də meyiti tapılıb

Dünən dənizdə batan bacılardan ikincisinin də meyiti tapılıb

Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, A.Abdullayevanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.

Qeyd edək ki, dünən Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində 17 və 14 yaşlı iki bacı - Aysel və Aysu Abdullayevalar boğulub. Ayselin meyiti dünən dənizdən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə