Qonşular arasındakı dava ölümlə sonunclanıb

Qonşular arasındakı dava ölümlə sonunclanıb

Gəncədə qonşular arasında kütləvi dava bir nəfərin ölümünə səbəb olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb

Belə ki, iki qonşu arasında dava düşüb.

Davaya müdaxilə etmək istəyən bir nəfər qonşuları ayırmaq istəyən Alim Məmmədovu avtomobillə vurub.

Aldığı xəsarətlərdən xəstəxanaya aparılan 1952-ci il təvəllüdlü Alim Məmmədov dünyasını dəyişib.

Xəsarət alanlardan başqa bir qadın isə xəstəxanaya aparılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə