Xaçmaz rayonunda yol qəzası baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Xaçmaz – Xudat avtomobil yolunun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21014” markalı çörək daşıyan avtomobil yanğın olan ərazidə xidmət aparan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı 1989-cu il təvəllüdlü Ağabalayev Fəxarət Həsənbəy oğlunu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB