Ölümlə nəticələn ağır yol qəzası baş verib

Ölümlə nəticələn ağır yol qəzası baş verib

İyulun 12-də Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı iki avtomobil toqquşub. Nəticədə 1960-cı il təvəllüdlü Əhməd Qərib oğlu Sərdarov ağır bədən xəsarətləri alıb.

Sumqayıt təcili tibbi yardım xəstəxanasına çatdırılan 62 yaşlı kişi həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə