40 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı qəsəbəsində yolu keçən 1982-ci il təvəllüdlü Mursəlov Əsgər Tanrıverdi oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə