Yaşlı kişi bıçaqlanıb

Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Əhmədov Ağası Əhməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə