Ötən gün yol qəzalarında 9 nəfər ölüb - DİN

Ötən gün respublikada baş verən yol qəzaları nəticəsində 9 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyulun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 45-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 47, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə