Xırdalan şəhərində körpə avtomobilin altında qalıb.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə AAF Park yaşayış kompleksinin həyətində baş verib.
Qonşuluqda yaşayan şəxs avtomobili ilə geriyə hərəkət edərkən həyətdə oynayan 2018-ci il təvəllüdlü Hüseyn Ağayevin üzərindən keçib. Kəllə nahiyəsindən xəsarət alan uşaq hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB