Tmişli sakini arvadını bıçaqlayaraq öldürüb.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə İmişli şəhərində qeydə alınıb.
Gecə saat 01 radələrində İmişli rayonunun Yalavac kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı 1986-cı il təvəllüdlü Mustafayeva Turan Vaqif qızını 9 bıçaq zərbəsi ilə qətlə yetirib. O, daha sonra özünü bıçaqlayaraq intihar edib.
Onların birgə nigahdan bir övladları var.
Faktla bağlı İmişli rayon prokuroluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB