Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olanməlumat əsasında siqaretlərin qanunsuz olaraq ölkəərazisinə gətirilməsinin qarşısı alınıb. SİA xəbər verir ki, belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postundaGürcüstandan ölkəmizə gələn "İveco” markalı yüknəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsüşifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyatvasitəsində gömrük nəzarətindən gizlədilən və bəyanedilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin üzərindədaşınan iki ədəd " Toyota Camry" markalı avtomobilinqapılarında gömrük nəzarətindən gizlədilən 10320 ədəd"Parliament" və 21480 ədəd "Marlboro" markalısiqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB