Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobil şəxsiyyəti məlum olmayan piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.




USD
EUR
GBP
RUB