Gəncədə 37 yaşlı kişi meyiti aşkarlanıb

Gəncədə 37 yaşlı kişi meyiti aşkarlanıb

Gəncədə 37 yaşlı kişi meyiti aşkarlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1985-ci il təvəllüdlü Abbasov Tural Sərdar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə