Bakıda qəza olub

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Ziya Bünyadov prospekti - əsas yolda Atatürk prospekti ilə kəsişmənin yaxınlığında (körpünün enişində) metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində sıxlıq yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə