Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, Zabrat-Məhəmmədi şossesinda dava zamanı 2004-cü il təvəllüdlü Sübhan Səfərov naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. O, hadisə yerində ölüb.
Hazırda hadisənin baş verdiyi əraziyə rayon polis və prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yerində ekspertiza işləri aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB