Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB