Yeni Yasamalda avtomobil aşdı: Ata və oğul xəsarət alıb - SON DƏQİQƏ-FOTOLAR

Yeni Yasamalda avtomobil aşdı: Ata və oğul xəsarət alıb - SON DƏQİQƏ-FOTOLAR

Hal-hazırda Bakının Yeni Yasamal Əsəd Əhmədov 26 K ünvanında “Toyota Prado” markalı avtomobil yolu dönərkən çökəkliyə aşıb. SİA xəbər verir ki, hadisə zamanı avtomobildə ata və onun azyaşlı övladı olub.

Sakinlərin dediyi məlumata görə, ata və övlad avtomobildən çıxarılıb. Hadisə yerinə aidiyyatı üzrə polis əməkdaşları cəlb olunub. Sakinlər ərazidən uzaqlaşdırılır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə